Xalça Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Xalça Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
14 oktyabr 2020
# 12:42

Azərbaycan Milli Xalça Muzeyi də Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Fondun əsasnaməsinə görə, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə yardımı məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər. /azertag.az/

# 1852 dəfə oxunub

Müəllifin son yazıları

# # #