Vaxtın ola - Bir məmurun dilindən

Vaxtın ola - Bir məmurun dilindən
10 iyun 2020
# 16:36

Kulis.az Qorxmaz Şıxəlioğlunun "Vaxtın ola" şeirini təqdim edir.

Vaxtın ola,
arada bir vətəni də
sevəsən.
Lap belə beş-on adamın
içində də söyləyəsən:
“Vətən bizim anamızdır,
Hamı gərək sevsin onu”.
Kim eşidər, kim eşitməz-
özü bilər.
Lap elə bir bayram günü
baş çəkəsən bir şəhidin balasına.
Hətta ona bir köynək də
almaq olar.
Amma, vallah, neyləyəsən?
Gərək buna vaxtın ola.
Vaxt da yoxdur.

# 2383 dəfə oxunub

Müəllifin son yazıları

# # #