Yazıçı Varisə “Sülh səfiri” titulu verilib.
Bu barədə Kulis.az-a yazıçı özü məlumat verib. Varis bəyin sözlərinə görə, onu baş ofisi Berlin şəhərində yerləşən Yaradıcıların Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) təltif edib.
Yazıçının bu titula Avropada dərc edilən “Metamorfoz” romanına, “Babam, zalımlar və əncir ağacı”, “Sonuncu mogikan” kimi hekayələrinə, o cümlədən Almaniyada dərc olunan “Payız natürmortu” esselər toplusuna, eləcə də son illərdə bir çox ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görüldüyü bildirilir.