Üzeyir bəyə tələ quran erməni musiqiçilər - Tarixin gizlinləri    

Üzeyir bəyə tələ quran erməni musiqiçilər - Tarixin gizlinləri    
28 sentyabr 2021
# 15:10

Kulis.az tədqiqatçı Aslan Kənanın “Üzeyir bəyə tələ quran erməni musiqiçiləri” adlı yazını təqdim edir.

Tədqiqatçı-alim Vilayət Quliyevin Kulisdə yayımlanan “Üzeyir bəy: ömrün iki şərəfli ili” məqaləsində kamançaçı Saşa Oqanezaşvili kimi tanınan Aleksandr Oqanyanın dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin həyatını zəhərləməsindən bəhs olunur.

Qeyd edək ki, bu cür hadisələr o zaman adi hal almışdı. Bunun bir günahı da özümüzdə idi.

Adi bir misal.

Hələ 1912-ci ildə Üzeyir bəyin kiçik qardaşı, ömrünün sonuna qədər mühacir həyatı yaşamış Ceyhun bəy Hacıbəyli 1912-ci ildə qubalı Hacıqasımovun qızı Zöhrə xanımla ailə həyatı quranda toyunda Cabbar Qaryağdıoğlu öz dəstəsi ilə iştirak edir. Böyük xanəndəni tarda Qurban Pirimov, kamançada erməni Saşa Oqanezaşvili müşayiət edir. Ceyhun bəyin bacısı oğlu Camal Üzeyir bəyə məktubunda yazırdı:

“Bu günlərdə Ceyhun dayıma bir toy kimi qayırdıq, Bədəl əmigildə (Bədəlbəyli nəzərdə tutulur. O, Əfrasiyab və Şəmsinin atası, Üzeyir bəyin isə xalası oğludur – A.K.). Çox gözəl keçdi... Cabbar, Qurban və Saşa gəldilər çıxdılar və müftə çaldılar, ancaq sizsiz heç ləzzət vermirdi”.

Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat - Modern.Az Azərbaycan və  dünya xəbərləri
Ceyhun Hacıbəyli

Nə idi ermənilərin bizim xalqa olan bu “xeyirxahlığı”?

Unutmayaq ki, ermənilər əsrlər boyu bizim xalqın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxıblar. Qapımızda nökər olub, öz “sədaqətləri”ni bildirərək əmrlərimizi qul kimi canla-başla yerinə yetirməyə hazır olublar. Bununla da nəinki mədəniyyətimizə, incəsənətimizə, hətta adət-ənənələrimizə də hakim kəsildilər. Onlar nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, hökumət konsertlərimizi musiqiçilərimizlə birgə aparmaqla varlandılar. Televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edirdilər.

Şəkillərini bizim korifey sənətkarlarımızla çəkdirməkdən qürur duyurdular, bundan xüsusi həzz alırdılar.

Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər.

Ermənilər uzun müddət xalqımızın nəinki xalq mahnılarını, hətta bəstəkar mahnılarını da öz adlarına çıxıblar.

Elə indinin özündə də bu xəyanətkarlıq davam etməkdədir.

Xatırlatmaq istərdim ki, mətbuatın, televiziyanın və yaxud respublikanın arxivlərində saxlanılan keçən əsrin şəkillərinə nəzər yetirsək, mütləq onları görəcəyik.

Respublikamızın televiziya ekranlarında hər hansı bir sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orda kamança, balabançalan, ya da dəfvuran erməni olacaq.

Bizim “Segah”, “Şur”, “Mahur”, “Uzundərə”, “Tərəkəmə”, “Vağzalı” və digər musiqiləri erməni millətindən olan B.Məlikov, A.İoanesyan, S.Oqanezaşvili incə zövqlə və böyük məhəbbətlə çalıblar. Elə bir musiqi üçlüyü yoxdur ki, orda tarzən, kamançaçı, dəfvuran erməni olmasın. Elə bir orkestr yox idi ki, orda erməni olmasın.

Фирудин Шушинский – борец с армянскими псевдоисториками. За его голову была  назначена цена в 6 млн.дол. (
Firudin Şuşinski

Ötən sərin 70-ci illərində “armyanskie muqamı” ifadəsi mətbuatda özünə yer tapmışdı. Etinasızlıq gör nə yerə çatmışdı ki, həmin ifadəni bəzi üzdəniraq “musiqişünaslar”ımız da işlədirdilər. Ömrünün sonuna kimi musiqi tədqiqatı ilə məşğul olmuş görkəmli musiqişünas Firidun Şuşinski bu ifadə ilə qəti razılaşmırdı. O, qətiyyətlə həmin ifadənin əleyhinə çıxaraq, göstərirdi ki, sənətkar milliyyətcə erməni olsa belə, o, Azərbaycan musiqisini ifa edir.

1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumundan Tahirə Kərimova kimi ermənipərəstlərin, Ramiz Zöhrabov kimi “alimlər”in yazılarına sərt cavabı yalnız F.Şuşinski vermişdi. Lakin ona “ermənipərəst” yarlığı yapışdırmaq istəyənlər bu məqamda ağızlarına su alıb dururdular.

T.Kərimova yazırdı: “Simpoziumda Özbəkistanda təqribən iyirmi məruzə dinlənilir. Erməni musiqişünasları erməni muğamını (?!) həm nəzəri, həm də əməli surətdə nümayiş hüququna nail olurlar”.

Buna cavab olaraq F.Şuşinski yazırdı: “Burda müəllifin “erməni muğamı” məfhumu çox gülüncdür. Görəsən, müəllif “erməni muğamı” sözünə harda rast gəlib?! Bu, sadəcə müəllifin “Don-Kixot” gopçuluğu və yaxud dərviş bayatılarıdır. Çünki Şərq musiqisinə aid olan heç bir ədəbiyyatda, nə də Əbu Nəsir Fərabi, Əbu Sina, Səfiyəddin Urməvi, Əbdülqadir Marağayi, Ruhulla Xaliqi kimi nəhəng Şərq musiqişünaslarının musiqiyə aid kitablarında “erməni muğamı” sözünə rast gəlmək olmur. Şübhəsiz ki, bunu T.Kərimovaya heç cür bağışlamaq olmaz. Bir də oxucuya onu demək istərdik ki, bu dərviş bayatısını təkcə T.Kərimova yox, konservatoriyanın başqa müəllifləri də işlətmişlər. Yaxşı yadımdadır, bir dəfə yenə Səmərqənddən muğam simpoziumundan qayıdan dosent Ramiz Zöhrabov televiziya ilə çıxış edərkən dedi: “Simpoziuma ermənilər də öz muğamlarını gətirmişdilər...”

Amma gəlin R.Zöhrabovdan və T.Kərimovadan xahiş edək ki, erməni muğamlarından birinin adını çəksinlər”.

1938-ci il. Mo­sk­va­da ilk də­fə Azər­baycan İnc­ə­sə­nə­ti­nin ongün­lüyü ke­çi­ri­lir. Bu ongün­lükdə Üzey­ir­ bəy­in “Ar­şın mal alan” ope­ret­ta­sın­dan baş­qa, ye­nicə bi­tir­diyi “Ko­roğlu” ope­ra­sı da Mo­sk­va səh­nə­sin­də oy­na­nı­laca­qdır. Bəs­tə­kar həy­əcan için­də idi. Kreml sa­rayın­da, “el­lər ata­sı”nın qar­şı­sın­da səs­lə­nəcək bu mu­si­qinin ona necə tə­sir bağış­lay­acağı­nı bəs­tə­kar ürək çır­pın­tı­sı ilə göz­ləy­ir­di.

Josef Stalin - Vikipedi
Stalin

Sta­lin, Mo­lo­tov Vo­ro­şi­lo­vun ta­ma­şa et­dik­lə­ri “Ar­şın mal alan” ope­ret­ta­sı­na yüksək qiy­mət ve­rdikləri ki­mi, “Ko­roğlu”nu da al­qış­la­ra qərq et­di­lər. Xüsu­si­lə “Ko­roğlu” uver­tü­ra­sı “el­lər ata­sı”nı həy­əcan­dan ay­ağa qal­хmağa məcbur et­miş­di. Bu ongün­lükdən so­nra da­hi bəs­tə­kar öl­kə­nin ali müka­fa­tına - Le­nin or­de­ninə SSRİ Xalq ar­ti­sti adı­na lay­iq görüldü.

Bun­dan so­nra bəs­tə­ka­ra qar­şı hücum­lar sə­ngi­sə də, bir müddət so­nra haq­sız it­ti­ham­lar ye­ni­dən baş qal­dır­mağa baş­layır. Ona qar­şı ha­zır­lan­mış mə­qa­lə­lər­də, müəy­yən yığınc­aq­lar­dakı çıxışlarda, bə­zən mə­ru­zə­lə­ri­nə atılan re­p­li­ka­lar­da qar­da­şı­nın müha­ci­rət həy­a­tı хa­tır­la­nır, “Müsa­vat­çı” ol­duğu­ eyham­la ya­da sa­lı­nır, “cı­zığın­dan” çıх­ma­mağı, on­lar­la he­sab­laş­mağı giz­li və açıq şəkildə ona töv­siyə edi­lir, əks tə­qdir­də bu “səhv­lər”inə görə ca­vab ve­rəcəy­i bildirilirdi.

Dam­la-dam­la, mis­qal-mis­qal “to­p­layıb yığdığı” təh­­qi­r­lər, hədələr öz işi­ni görürdü. Çə­tin, ağır həy­a­tın dərd­lə­ri­ni qəl­bin­də ya­şa­dan Üzey­ir­ bəy məhz bu­na gö­rə də dos­tu­na “bu dar fənadan” tez­lik­lə ay­rı­lıb, haq­qın də­r­g­a­­hına qo­vuş­maq ar­zu­su­nu bil­di­rir­di…

# 2598 dəfə oxunub

Müəllifin son yazıları

# # #