Hollivud aktyoru, rejissor Robert Retford vəfat edib.
Kulis.az xəbər verir ki, 89 yaşlı aktyor Yuta ştatında evində dünyasını dəyişib.
Qeyd edək ki, Redford aktyorluq karyerasına 1959-cu ildə başlayıb. 1962-ci ildə "Döyüş meydanı ovu" tammetrajlı filmində rol alıb. Aktyor Oskar, Qızıl Qlobus, Emmi və BAFTA kimi beynəlxalq kino mükafatlarının namizədi və qalibi olub. O, dünya kinosu tarixində debüt filminə görə bu mükafatı alan altı rejissordan biri olub.
Aktyor "Çətinliklər", "Təbii", "Bizim yolumuz", "Mənim Afrikam", "Möhtəşəm Qetsbi" kimi filmlərdə çəkilib.