Ülvi Babasoy yeni ədəbi layihədə moderatorluq etdi

Ülvi Babasoy yeni ədəbi layihədə moderatorluq etdi
25 dekabr 2020
# 12:08

Xəzər Universitetinin “Dillər və ədəbiyyatlar” departamenti "İnteqrativ dərs” layihəsinə start verib.

Kulis.az xəbər verir ki, “Sofoklun “Çar Edip” tragediyası və onun dünya ədəbiyyatında bədii transformasiyası: müqayisəli ədəbiyyat kontekstində” mövzusunda baş tutan inteqrativ dərsə “Dillər və ədəbiyyatlar” departamentinin müəllimləri Qardaşxan Əzizxanlı və Ülvi Babasoy moderatorluq edib. “Humanitar, təhsil və sosial elmlər” fakültəsinin dekanı, dossent Elza Səmədli inteqrativ dərslərin təşkilini təqdir edərək, tələbələrin dünygörüşünün formalaşmasında, ümumi təlim nəticələrinin reallaşmasındakı rolunu vurğulayıb.

Dillər və Ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova ortaq bilik və bacarıqların sintezinin təlim prosesinin səmərəliliyinin artırmasının əhəmiyyətini qeyd edib. Dərsdə “Dillər və ədəbiyyatlar” departamentinin müəllimləri Xatirə Yusifova, Elmira Məmmədova, Gülşanə Xudiyeva və Şəlalə Mirzəyeva da iştirak ediblər. Tələbələrdən Ləman Abbasova, Türkan Mürsəlova, Gülşən Hətəmli, Gültac Güləliyeva, İlkanə İbrahimbəyli, İmaməli İbrahimov, Flora Əsgərli, Aydan Nağıyeva və b. mövzuya müxtəlif aspektlərdən fikir bildiriblər. Dərsin inteqrativ və interaktiv formatda keçirilməsi iştirakçılarda mövzuya qarşı böyük maraq oyadıb.

# 2286 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #