Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi

Türkiyəni Avroviziyada  təmsil edən qrupun solisti vəfat etdi
11 avqust 2020
# 19:07

Türkiyənin tanınmış musiqiçisi Tansu Atak vəfat edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur "Grup Lokomotif"in yaradıcısı, bas gitara ifaçısı, musiqiçi Tansu Atak 66 yaşında Bodrumdakı evində dünyasını dəyişib .

Xatırladaq ki, 1970-80-ci illərin ən tanınmış musiqi qrupu - "Grup Lokomotif"in qurucusu olan Tansu Atak, 1987-ci ildə müğənni Seyyal Tanerle birlikdə Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edib.

# 1984 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #