Trampın qızı atası haqqında kitab yazır

Trampın qızı atası haqqında kitab yazır
30 dekabr 2020
# 16:34

Keçmiş ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın yazdığı kitabların satış rekordu qırması başqa məşhurları da hərəkətə keçirti. Bu sıraya ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp da qoşuludu.

Kulis.az xəbər verir ki, İvanka Tramp Ağ Evdə keçirtdiyi dörd il ərzində aldığı qeydlər əsasında “Trampın bir anı”adlı kitab yazmağı planlaşdırdığını bildirib. Kitabda İvanka, atası Donald Tramp ilə arasındakı soyuq münasibətlərdən, ögey anası Malenia Trampla yaşadıqları gərginlik və haqlarında qaldırılan dələduzluq iddiaları ilə bağlı açıqlamaların olacağı da bildirilib.

Xatırladaq ki, bu günlərdə Donald Trampın həyat yoldaşı Malenia Tramp da kitabının nəşrə verildiyini açıqlamışdı.

# 1922 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #