Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu

Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
16 iyul 2020
# 13:46

ABŞ prezidenti Donald Trampın oğlu, Donald Tramp atasının ən güclü rəqibi Co Bayden haqqında yazdığı kitaba görə ironiya hədəfi olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, oğul Donald Trampın qələmə aldığı “Liberal ayrı-seçkilik” adlı yeni kitabı alt başlıqda yol verilən çap səhvinə görə sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, kitabın “Co Bayden və demokratların müdafiə edilməzi müdafiə etməsi” alt başlığında kəsmə işarəsinin yanlış yerə qoyuluub. Mütəxəssislər alt başlıqda yol verilən bu ciddi səhvə görə insanlarda, demokratlar yerinə bir demokratdan bəhs olunduğu təəssüratı oyandırdığını və kəsmə işarəsinin doğru yerdə qoyulmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, oğul Donald Tramp keçən il yayımlanan “Triggerd” adlı kitabı “New York Times” ın ən çox satılanlar siyahısında birinci olmuşdu.

Gallery

# 2081 dəfə oxunub

Müəllifin son yazıları

# # #