Teymur Mustafayev dəfn olundu

Teymur Mustafayev dəfn olundu
12 iyun 2020
# 10:42

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

Kulis.az xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

# 3095 dəfə oxunub

Müəllifin son yazıları

# # #