“Hədəf Nəşrləri”nin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan edilən müəllif tenderi iştirakçılarının qısa siyahısı açıqlanıb.
Nəşriyyatdan Kulis.aza verilən məlumata görə, 51 müəllifin qatıldığı tenderdə iştirakçıların mətnləri obyektivlik naminə kodlaşdırılaraq, münsiflər heyətinə təqdim edilib.
5 münsif tərəfindən qiymətləndirilən mətnlər arasından 7-si qısa siyahıya salınıb:
- Mənə yetim deyirlər
- Dünya şöhrətli bəstəkar vəfat etdi
- Tom Kruz bu filmə görə 100 milyon dollar alacaq
Aynur Qarayeva;
Cəmilə Məmmədli;
Əziz Yaqubzadə;
Fərəh İsmayılzadə;
Pünhan Şükür;
Seymur Oruc;
Şəbnəm Xeyrulla.
Növbəti mərhələdə qısa siyahıya düşənlər arasından qalib müəllif seçiləcək.
Qeyd edək ki, ilk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq.
Xatırladaq ki, tender qalibinə 10 hekayə müqabilində 2 min 500 manat qonorar ödəniləcək.