Tanınmış yazıçı məktəblilərin qonağı oldu

Tanınmış yazıçı məktəblilərin qonağı oldu
6 fevral 2020
# 13:53

Yazıçı Elçin Hüseynbəyli Heydər Əliyev adına liseyin qonağı olub.

Kulis.az xəbər verir ki, Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə şagird və müəllimlərin görüşü olub.

Tədbirdə yazıçının “Füruzə qaşlı xəncər” və “Nəvə” hekayələrinin orta məktəbdə tədris olunduğu bildirilib.

Görüşdə həmçinin yazıçının həyat və yaradıcılığı bardə qısa məlumat verilib.

Sonra görüş şagirdlərlə yazıçının dialoqu əsasında davam edib. Söhbət zamanı məlum olub ki, şagirdlər ədəbiyyata ciddi maraq göstərir və yazıçının bir sıra əsərləri ilə tanışdırlar.

Qarşılıqlı sual-cavabla müşaiyət olunan görüşdə şair İlqar Türkoğlu da iştirak edib. O şagirdlər üçün yazdığı şeirləri səsləndirib.

Sonda yazıçı görüş iştirakçıları üçün avtoqraf verib və xatirə şəkli çəkdirib.

# 2798 dəfə oxunub

Müəllifin son yazıları

# # #