Tanınmış müğənni avtomobil qəzasına düşdü

Tanınmış müğənni avtomobil qəzasına düşdü
20 may 2020
# 12:32

Səhnə adı Nəfəs olan tanınmış müğənni Günel Məmmədli avtomobil qəzasına düşüb.

Kulis.az xəbər verir ki, bu barədə APA Tv məlumat verib. Dünən gecə saatlarında Bakının Nizami rayonunda avtomobil qəzasına düşən xanım müğənni qəzadan xəsarət almadan xilas olub.

İfaçı qəza ilə bağlı ancaq bu sözləri deyib: "Bu gün hiss etdiklərim və yaşadıqlarımı tək kəlmə ilə belə ifadə edərdim: Allah böyükdür".

# 3001 dəfə oxunub

Müəllifin son yazıları

# # #