Tanınmış modelyer Gülnarə Xəlilovadan “Qarabağ Azərbaycandır!” layihəsi

Tanınmış modelyer Gülnarə Xəlilovadan “Qarabağ Azərbaycandır!” layihəsi
17 noyabr 2020
# 18:55

Tanınmış dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Azərbaycanın Ermənistanın təcavüzkar rejimi üzərində qələbə qazanmasının və Milli Dirçəliş Günü münasibətilə “Qarabağ Azərbaycandır!” layihəsini təqdim edib.

Kulis.az xəbər verir ki, layihədə Milli Məclisin deputatı Nigar Arpadarai, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, Əməkdar artist, xanəndə Fərqanə Qasımova, Əməkdar mədəniyyət işçisi, teleaparıcı Leyla Quliyeva, teleaparıcı Xədicə Sənanqızı, müğənni Kəmalə Axundova, stilist-vizajist Səbinə İmanova, bloger Sausan Cuda və Gülnarə Xəlilovanın özü iştirak edib.

Layihə iştirakçıları G. Xəlilova tərəfindən 2015-ci ildə ərsəyə gətirilmiş və daha əvvəllər Böyük Britaniya, ABŞ, Rusiya və Çindəki beynəlxalq podiumlarda nümayiş etdirilmiş “Qarabağ” kolleksiyasında göz qabağına çıxıblar. Obrazlardan hər biri ölkənin azad edilmiş şəhərlərinə - Ağdam, Ağdərə, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Şuşaya uyğun olub. Rejissor – Eltun Baxışzadə, foto – Adil Yusifov, prodüser – Yalçın Cabbarov, musiqi- Uzeyir Hacıbəyli "Arazbarı".

G. Xəlilova bildirib: “Başda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla həmrəy xalqımız və rəşadətli ordumuz erməni işğalçıları üzərində tarixi qələbə qazandı, 30 ildən sonra torpaqlarımız azad edildi və hər birimiz bu günlərdə özünü xüsusilə xoşbəxt hiss edir. Fərəhlidir ki, atam akademik Vidadi Xəlilov Cəbrayıldı anadan olub və bu şəhərin azad edilmsi ailəmiz üçün çox əlamətdar hadisə oldu. Allah Azərbaycanı qorusun! Qarabağ Azərbaycandır”.

# 2160 dəfə oxunub

Müəllifin son yazıları

# # #