Tanınmış aktrisa vəfat etdi

Tanınmış amerikalı aktrisa Siseli Tayson vəfat edib.
Kulis.az RİA-ya istinadən xəbər verir ki, o, 96 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, bir çox film, tamaşa və televiziya verilişlərində rol almış aktrisa, həm də "Emmi" və "Qızıl qlobus" mükafatlarına layiq görülüb.