Talibanın hakimiyyətə gəlməsi Xalid Hüseyninin əsərlərinin satışına təsir edib

Talibanın hakimiyyətə gəlməsi Xalid Hüseyninin əsərlərinin satışına təsir edib
18 avqust 2021
# 17:31

Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin yazdığı kitabların satışı Rusiyada avqustun 16-da pik həddinə çatıb. Bu, “Taliban”ların yerli hakimiyyəti devirdikləri tarixə təsadüf edib.

Bu barədə Rusiyanın “LitRes” kitab satışı kompaniyası məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanda baş verən hadisələrin fonunda Xalid Hüseyninin əsərlərinin satışı əvvəlki həftələrə nisbətən bir neçə dəfə artıb.

X.Hüseyni 1965-ci ildə Əfqanıstanın Kabil şəhərində diplomat ailəsində anadan olub. 1980-ci ildə onun ailəsi ABŞ-da siyasi sığınacaq alıb. Onun romanlarının süjeti Əfqanıstanda törədilən faciəvi hadisələr fonunda cərəyan edir, əsərin qəhrəmanları olan adi insanlar müharibə və siyasi çevrilişlərin qurbanlarına çevrilir.

# 1546 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #