Stiven Kinqin hekayələri film olacaq

Stiven Kinqin hekayələri film olacaq
14 iyul 2020
# 09:58

Stiven Kinq hekayələrinin müəllif hüququnu satdı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur amerikalı yazıçı Stiven Kinq 2020-ci ilin aprelində nəşr olunan "Qoy qanlar" adlı kitabından üç qısa hekayəsinin filmə uyğunlaşdırma hüququnu satdı.

Hekayələrdən biri qonşuluqdakı uşaqların dostluğundan, onların birinin dünyasını dəyişməsindən bəhs edir. İkinci hekayə isə “Siçovullar” adlı film kimi ekrana çıxacaq. Bu qısa hekayədə siçovullarla sövdələşməyə girən yazıçıdan bəhs olunur. Nəhayət üçüncü hekayə beynində şiş olan bir insanın həyatından bəhs edir.

Hekayələr Neftlix və NBO kimi məşhur şirkətlər tərəfindən ekranlaşdırılacaq.

# 1322 dəfə oxunub

Müəllifin son yazıları

# # #