Ssenari müsabiqəsinin qalibləri bu tarixdə elan olunacaq

Ssenari müsabiqəsinin qalibləri bu tarixdə elan olunacaq
21 dekabr 2019
# 12:43

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 1-dən elan olunmuş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinə layihələrin qəbulu noyabrın 25-də başa çatıb.

Müsabiqənin əvvəlcədən elan olunmuş şərtlərində qaliblərin adlarının dekabrın 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacağı bildirilib. Lakin müsabiqəyə marağın yüksək olması və təqdim olunan ssenarilərin çoxluğu səbəbindən nəticələrin açıqlanma müddətinin uzadılması zərurəti yaranıb.

Məlumat üçün bildiririk ki, nazirlik tərəfindən elan edilmiş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri gələn il yanvarın 31-dək www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.

# 1860 dəfə oxunub

Müəllifin son yazıları

# # #