Sərxan Sərxan qalmaqallı müsahibəsindən danışdı - Video 

Sərxan Sərxan qalmaqallı müsahibəsindən danışdı - Video 
2 iyul 2021
# 10:24

Xalq artisti Sərxan Sərxan Kulis.az-da gedən müsahibəsinin yaratdığı qalmaqalla bağlı danışıb.

O, sosial şəbəkələrdə rus dilində yayılan çıxışında rayon və şəhərli məsələsi ilə bağlı söylədiyi fikirlərə aydınlıq gətirib və Azərbaycana sevgisini ifadə edib.

Müğənninin çıxışının videoyazısını və Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Xatırladaq ki, S.Sərxanın sözü gedən müsahibədə rayonluların konsert və teatrı yaxşı bilmədikləri haqda dediyi fikirlər narazılığa səbəb olmuşdu:

“Dəyərli dostlar, əziz həmyerlilərim! Hər birinizi salamlayıram. Ordumuzun şanlı qələbəsindən sonra hamımız o xoşbəxtlik, fəxarət hissi ilə yaşayıram. Düşünürəm ki, bu duyğular bizim qəlbimizi hələ uzun müddət isidəcək. Bu qələbə, bu duyğular bizi daha da birləşdirir. Gələcəyə geniş addımlarla addımlayırıq və bu çox əladır. Amma təəssüflər olsun ki, bəzi jurnalistlər anlıq populyarlıq üçün sensasiya etməyə çalışırlar. Mən demirəm, bunu qəsdən ediblər, bəlkə də, istəməyərəkdən belə alınıb. Bu yaxınlarda bir xanım jurnalistə çox geniş, gözəl, maraqlı bir müsahibə verdim. İncəsənət, estrada musiqisi haqqında geniş söhbət etmişik. Ancaq onlar sensasiya yaratmaq üçün müsahibədən bir cümləni kontekstdən çıxardaraq başlığa yerləşdirirlər. Axı, bu, yaxşı iş deyil. Bu, bizi ayırmağa səbəb olur, həm də birləşməli olduğumuz vaxtda.

"Mən indi Moskvada olsam da, həmişə gənc jurnalistləri dəstəkləmişəm. Mənə çox zənglər edilir, mən də müsahibə verməkdən imtina eləmirəm. Gənc jurnalistlərə dəstək olmağa, kömək etməyə, hətta onlara yön verməyə çalışıram, amma belə üsulla populyarlıq qazanmağa çalışmaq lazım deyil. Əslində, düşünürəm ki, məndən müsahibə alan həmin xanım jurnalistin elə bir məqsədi yox idi. O, öz işini vicdanlı şəkildə görüb deyə düşünürəm. Müsahibəni oxudum, çox geniş müsahibə idi, ancaq belə görünür ki, o müsahibəni redaksiyaya gətirəndən sonra, daha səlahiyyətli kimsə müsahibəni qalmaqal yaratmaq üçün belə başlıqla yaymaq qərarına gəlib. Halbuki, o müsahibədə bir çox məsələlərdən danışmışdıq. Yenə də onlara əsəbiləşmirəm. Sadəcə, istəyirəm ki, bu gənclər bundan qaçsınlar, belə etməyə ehtiyac yoxdu. Bu, bizi birləşdirmir, əksinə, ayırır. Daha diqqətli olun.

Ən sonda sizin hər birinizi çox sevdiyimi demək istəyirəm. Mən bütün Azərbaycan xalqını sevirəm. Bakılıları da, rayonluları da. Hamımızın kökünü araşdırsaq, elə əksəriyyətimiz rayonluyuq. Mən heç vaxt belə ayrımçılıq eləməmişəm.

Sizin üçün çox darıxıram. Hazırda, Moskvadayam və yenidən Bakıya qayıdıb sizlərlə görüşəcəyim günü səbirsizliklə gözləyirəm. Hamınıza xoşbəxtlik və sağlamlıq arzulayıram.”

# 5257 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #