Sənubər İsgəndərli medalla təltif olundu – Foto

Sənubər İsgəndərli medalla təltif olundu – Foto
10 mart 2021
# 18:20

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif olunub.

Kulis.az xəbər verir ki, bu barədə aktrisanın özü Feysbuk profilində paylaşım edib:

“Bu gün Azərbaycan Milli Teatr günüdür. Bütün həmkarlarımı və teatr sevərləri təbrik edirəm. Əsl bayram isə teatrımızın pərdələrinin yenidən açılacağı gün olacaq. Hamınıza can sağlığı arzu edirəm. Teatr Xadimlər İttifaqının təsis etdiyi “Sənətkar” medalına görə ittifaqın sədri Azərpaşa Nemətova minnətdarlığımı bildirirəm.”

# 2091 dəfə oxunub

Müəllifin son yazıları

# # #