Sənədli film kurslarına start verildi

Sənədli film kurslarına start verildi
8 aprel 2021
# 13:35

Kinorejissor İmam Həsənovun təsis etdiyi “Doklad iSchool” art platformasının təşkilatçılığı ilə sənədli kino sahəsində ideyaların inkişafı və dəstəyi üçün nəzərdə tutulan kurslara ərizə qəbulu başlanıb.

Təşkiilatçıların Kulis.az-a təqdim etdiyi press-relizdə kursların iştirakçılara qazandıracağı üstünlüklər barədə məlumat verilir:

Həftəlik təqdimatlar və film nümayişləri ilə sənədli kinoya giriş və qrup müzakirələri. Bu, sənədli filmlərin diqqətlə seçilmiş fraqmentlərini seyr edərək janrı daha dərindən araşdırmaq üçün bir fürsətdir. Peşəkar sənədli film rejissorlarının ev sahibliyi etdiyi həftəlik nümayişlərdə, fərqli sənədli film məktəbləri haqqında məlumat əldə edəcək və fərqli janr üslublarını kəşf etmək şansı əldə edəcəksiniz. Hər bir sesiya peşəkar bir təqdimatla və qrup müzakirəsi ilə açılacaqdır. Müxtəlif mövzular təqdim ediləcək və müzakirə olunacaq: rejissorun rolu, etika, bədii yanaşma, siyasi və ya tarixi kontekst və s. Bu, həvəskarlar və peşəkarlarla qrup müzakirələrində iştirak edərək sənədli film çəkmə anlayışınızı genişləndirmək üçün əla bir şansdır.

Həftəlik sənədli film çəkilişləri: İştirakçılar film çəkmək üçün tələb olunan praktik və nəzəri bacarıqları öyrənəcəklər. Onlara sənədli film sənayesinin tələbləri barədə anlayış veriləcək və öz fikirlərini necə inkişaf etdirəcəklərini də öyrənəcəklər.

Film mütəxəssisləri ayrı-ayrılıqda iştirakçılara layihələrini inkişaf etdirmək və ideyalarını “fikirdən səhifəyə” ötürmək üçün təlim verəcəklər. İştirakçılar sənədli film çəkmək bacarıqlarını öyrənmək və inkişaf etdirmək, eləcə də film sənayesinə təqdim oluna bilən “tam yazılı dosye” yazmaqda təlim alacaqlar.

Kursu bitirdikdən sonra bütün iştirakçılar öz proyektlərini beynəlxalq platformalara yüksək uğurla təqdim edə biləcək və eyni zamanda yazılı sənəd və sənədləşdirmə bacarıqları ilə silahlanmış olacaqlar. Bu kurs həvəskarlar üçün deyil, çox zəhmət və sədaqət tələb edəcək, lakin iştirakçılar vaxt ayırdıqları təqdirdə mütləq zəhmətlərinin bəhrəsini görəcəklər.

Bu il kurs iştirakçıları seçilmiş beynəlxalq film festivalları və prodüserlər üçün müstəsna təqdimat proqramında (pitching) iştirak etmək üçün əla fürsət əldə edəcəklər. Kursun ən yaxşı iki məzununa layihələrini inkişaf etdirməyə davam etmək üçün pul mükafatı veriləcək və bir iştirakçı öz layihəsini nüfuzlu beynəlxalq sənaye təmsilçilərinin auditoriyasına CineDoc Tbilisidə təqdim etmək imkanı qazanacaq.

Təşkilarçıların bildirdiyinə görə peşəkar filmmeyker kimi tanınmaq istəyirsinizsə, onda “Doklad iSchool” karyeranızı yeni səviyyəyə qaldırmaq üçün bir art platformasıdır.

20.04.2021 – 20.06.2021 tarixlərində online qaydada keçiriləcək, iş dili ingilis dili olan kurslarda iştirak üçün ərizə formasını bu keçiddən doldura bilərsiz: https://clck.ru/U8QEk

# 1545 dəfə oxunub

Müəllifin son yazıları

# # #