Dekabrın 11-dən 20-dək Şimali Kiprin Yaxın Şərq Universitetində azərbaycanlı rəssam Ramina Səadətxanın fərdi sərgisi təşkil edilib.
Kulis.az-ın verdiyi xəbərə görə, sərgidə sənətçinin 40 gün ərzində Lefkoşada çəkdiyi 21 əsəri nümayiş olunub.
Ramina Səadətxan nümayiş olunan əsərlərə görə Universitetin rəhbərliyi tərəfindən “Gümüş açar” fəxri mükafatına layiq görülüb.
- “Üzüklərin hakimi”nin prodüseri işdən qovuldu
- Bu səhnə müzakirələrə səbəb oldu
- Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq
Qeyd edək ki, R. Səadətxanın sərgisi xüsusi olaraq Şimali Kİpr Modern Sənət Muzeyi üçün nəzərdə tutulub. Həmyerlimizdən başqa, sözügedən muzey üçün Türkiyə və Qazaxıstan rəssamlarının əsərlərindən ibarət sərgilər də təşkil edilib.