Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün satış sərgisi keçiriləcək

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün satış sərgisi keçiriləcək
10 oktyabr 2020
# 10:15

Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə satış sərgisi təşkil ediləcək.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə sərgi nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşacaq.

Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 AZN dəyərində qiymətləndiriləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar məlumatları [email protected] ünvanına göndərməlidirlər.

Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri “Artgift” reyestrində qeydə alınacaq və yayımlanacaq.

# 1448 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #