“QANUN” nəşriyyatı 44 günlük Vətən müharibəsinin şəhid və qazilərindən bəhs edən kitab nəşr edəcək.
Bu barədə Kulis.az-a “QANUN”nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. O, qeyd edib ki, sözügedən kitabın hazırlanması artıq başa çatmaq üzrədir. Kitabda şəhid və qazilərimiz haqqında avtobioqrafik məlumatlar yer alacaq.