Şəhid general haqqında kitab nəşr olunacaq

Şəhid general haqqında kitab nəşr olunacaq
17 iyul 2020
# 12:57

General-mayor Polad Həşimov haqqında kitab çap olunacaq.

Bu barədə Kulis.az-a “Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy məlumat verib.

Onun sözlərinə görə, kitab “Xatirə ədəbiyyatı” silsiləsindən nəşr olunacaq: “Bu cəsur vətən oğlunun təcrübəli hərbçi olması ilə bərabər, həm də yaxşı insan olduğunu çoxumuz bilirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən xatirə yazıları gözləyirik. Ümid edirik ki, tezliklə bu cəsur hərbçimiz haqqında maraqlı və sanballı yazılar toplanacaq və biz “General Polad Həşimov haqqında xatirələr” kitabını ictimaiyyətə təqdim edə biləcəyik.”

Qeyd edək ki, sözügüdən kitab üçün lazım olan yazıları [email protected] ünvanına göndərmək lazımdır.

# 2165 dəfə oxunub

Müəllifin son yazıları

# # #