Şah Matda “Ölüm məhbusunun son günü” olacaq

Şah Matda “Ölüm məhbusunun son günü” olacaq
27 yanvar 2020
# 17:29

Yanvarın 29-da Şah Mat Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında “Edama məhkumun son günü” adlı tamaşası nümayiş olunacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək. Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadır.

Psixoloji dram janrında hazırlanan tamaşada Anar Bulut çıxış edəcək.

# 1453 dəfə oxunub

Müəllifin son yazıları

# # #