Rəssamlarla bağlı yeni layihə

Rəssamlarla bağlı yeni layihə
24 iyul 2020
# 18:41

Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.

Qalereyadan Kulis.az-a bildirilib ki, bu layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, şöhrət və nüfuz qazanacaqları əhatəni daha da genişləndirməkdən ibarətdir. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər. Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini (başqa sözlə əsərlərini), bədii fikir və axtarışlarını, konsepsiyalarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər.

Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar. Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar. Bunun üçün bölgələrdə yaşayan rəssamlar öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələrini və cari fəaliyyətləri haqqında məlumatları [email protected] ünvanına göndərmələri kifayət edəcək.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.

# 2057 dəfə oxunub

Müəllifin son yazıları

# # #