Röya Brilliant Dadaşovadan üzr istədi

Röya Brilliant Dadaşovadan üzr istədi
4 dekabr 2019
# 10:11

Xalq artisti Röya Ayxan “3 D” proqramında Brilliant Dadaşova ilə bağlı işlətdiyi “Mən erməniyə "super" yaza bilmərəm” sözlərinə görə Brilliant Dadaşovadan üzr istəyib.

Kulis.az xəbər verir ki, Röya Ayxan bu açıqlaması ilə həmkarını incitmək istəmədiyini bildirib.

“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.

Xatırladaq ki, Röyaya "3D" verilişində “Brilliant Dadaşova erməni ifaçıya “super” şərhini yazmışdı. Siz bunu edərsiniz?” sualı verilmişdi. Röya "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram" cavabı vermişdi.

# 2455 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #