Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb

Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
12 iyun 2021
# 10:12

Respublika Gənclər Kitabxanası publisist, yazıçı Belinskinin həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dillərində videoçarxları, biblioqrafik icmalı hazırlayaraq izləyicilərinin diqqətinə çatdırıb.

Kulis.az xəbər verir ki, rus dilində hazırlanmış videoçarxların biri yazı materialları əsasında, digəri isə səsli müşayiət ilə hazırlanıb. Hazırlanan materiallarda yazıçının həyat yolu, yaradıcılıq mərhələləri haqqında geniş, ətraflı məlumat verilir. Videoçarxlarda ədibin qısa həyat sürməsinə baxmayaraq, özündən sonra zəngin bir irs qoyub getməsi fikri səsləndirilərək, Belinskinin müəllifi olduğu kitablar nümayiş etdirilir.

Azərbaycan dilində tərtib edilən biblioqrafik icmal rus ədəbiyyatının parlaq nümayəndəsi Vissarion Belinski haqqında faktlar, sağlığında söylədiyi və sonradan qızıl kəlimələrə çevrilən aforizmləri, müəllifi olduğu əsərlərin annotasiyaları ilə zəngindir. Biblioqrafik icmalda ədibin ölümündən sonra xatirəsinin əbədiləşməsi, onun adını daşıyan müxtəlif mədəniyyət obyektləri – kitabxana və muzeylərin, müxtəlif təhsil ocaqlarının – məktəb, gimnaziya və institutların siyahıları istifadəçilərə təqdim olunur. Əsasən Azərbaycan dilində tərtib edilən biblioqrafik icmalda rus dilində də materiallar təqdim olunub.

İzləyicilər sözügedən materiallara kitabxananın rəsmi saytında, sosial şəbəkə səhifələrində və yutub kanalında baxa bilərlər.

# 1496 dəfə oxunub

Müəllifin son yazıları

# # #