Rejissor koronavirusdan öldü

Rejissor koronavirusdan öldü
1 may 2020
# 10:45

Rusiyalı rejissor, ssenarist, operator Sergey Litovets koronavirusdan dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rejissor 58 yaşında dünyasını dəyişib. Rejissor aprelin 12-dən etibarən koronavirus səbəbi ilə xəstəxanada müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Litovets qırxa qədər sənədli və bədii filmin müəllifi olub. O, daha çox “Arbatlı oğlan”, “Küçük” filmləri ilə məşhurluq qazanıb.

# 1783 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #