Rasim Balayev: "Ramiz Əzizbəyli ilə barışmağımız mümkün deyil"

Rasim Balayev: "Ramiz Əzizbəyli ilə barışmağımız mümkün deyil"
22 fevral 2021
# 11:40

“O qohumçuluqda mənim heç bir vasitəçiliyim olmayıb. Orda nə məsləhət verdim, nə də iştirak etdim”

Kulis.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev bir zamanlar dostluq etdiyi Xalq artisti Ramiz Əzizbəylinin onun haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib. R.Balayev küsülü olduğu həmkarı ilə heç vaxt barışmayacağını bildirib:

“Ramiz müəllimlə bundan sonra barışmağımız mümkün deyil. Haqqımda nə deyibsə, desin, burda nə olub ki? Qaldı ki, o qohumçuluqda mənim heç bir vasitəçiliyim olmayıb. Orda nə məsləhət verdim, nə də iştirak etdim. Sadəcə biz Ramiz müəllimlə yaxın dost olmuşuq. Onun da qızı mənim baldızımın oğluyla ailə qurub. Bu işlərə qarışmaqdan bir az ehtiyat edən adamam. Çünki yaxşı olanda deyirlər ki, biz etmişik, pis olanda isə günahı başqasının boynuna yıxırlar. Ona görə belə şeylərdə mən özümü uzaq tuturam. Hətta öz uşaqlarım da ailə quranda çalışmışam ki, öz seçdikləri insanla ailə qursunlar. Çünki sonra nəsə olanda deməsinlər ki, bizi siz bədbəxt etdiniz. Düzdü, nəzarət də olmalıdır. Ramiz müəllimin qızıyla baldızımın oğlunun ailəsində problem oldu, düz gəlmədilər, ayrıldılar”.

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli müsahibəsi zamanı qızının Xalq artisti Rasim Balayevin baldızı oğlu ilə ailə qurduğunu və daha sonra boşandıqlarını bildirib. Buna görə isə o, illərdir münasibəti olduğu Rasim Balayevlə dostluqlarının üstündən xətt çəkdiyini deyib.

# 8845 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #