Qulu Ağsəslə onlayn görüş keçirilib

Qulu Ağsəslə onlayn görüş keçirilib
6 aprel 2021
# 17:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəslə onlayn görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüş zamanı Qulu Ağsəs izləyicilər tərəfindən verilən sualları ətraflı şəkildə cavablandırıb. Həmçinin şair qələmə aldığı “Şuşa” adlı yeni şeirini səsləndirib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq kitabxana mütəmadi olaraq şair, yazıçı və incəsənət xadimləri ilə onlayn görüşlərini davam etdirir. Qulu Ağsəs 1969-cu il 20 apreldə Ağdamın Abdal Gülablı kəndində doğulub. Gəncliyindən müxtəlif media orqanlarında, o cümlədən Azərbaycan radiosunda çalışıb. "Sənsən hər yer", "Külək poçtu" (ukrayınca), "Nabran novellası", "Nöqtələr", "Dan yeri” (ingiliscə) kitabının müəllifidir.

Görüş izləyicilər tərəfindən maraqla qarşılanıb.

# 1989 dəfə oxunub

Müəllifin son yazıları

# # #