"Kəraməti müalicə alması üçün xəstəxanaya yerləşdirmişik".
Kulis.az xəbər veri ki, bu sözləri yazıçı Kəramət Böyükçölün atası şair Qəşəm Nəcəfzadə deyib. O, K. Böyükçölün hazırda müalicə aldığını bildirib:
“Kəramətlə görüşmüşəm, heç bir problem yoxdur. Kəramət uzun müddət idi ki, spirtli içki qəbul edirdi. Sonra səhhətində problemlər yarandı. O balaca uşaq deyil, 35 yaşı var, mən nə edim? Kəramət ayrı yaşayır. Dəfələrlə demişəm, yenə spirtli içki qəbul edir, bu onda artıq xroniki xəstəlik kimidir". /sherg.az/