Qorxuram toxuna ötən zamanlar – Bazar oxusu

Qorxuram toxuna ötən zamanlar – Bazar oxusu
16 avqust 2020
# 12:00

Kulis.az “Bazar oxusu” layihəsində Qasım bəy Zakirin “Durnalar” şeirini təqdim edir.

Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Mən sevmişəm onun ala gözünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?

Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa durnalar!

Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!

Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa durnalar!

# 2494 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #