Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradıldı

Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradıldı
1 oktyabr 2020
# 14:01

Azərbaycanda 22 şirkət Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradıb.

Kulis.az-ın verdiyi xəbərə görə, iş adamlarının dəstəyi ilə yaradılan qrup dövlətin hər bir çağırışına, istər maddi, istərsə də mənəvi olaraq operativ dəstək verməyi, iş adamları arasında vətənpərvərlik ruhunun yüksəldilməsi maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoymuşdur.

Təşəbbüs qrupunun üzvü Hədəf Şirkətlər qrupunun təsisçisi Şəmil Sadiq bildirib ki, hazırda xeyli iş adamı var ki, könüllü olaraq hər biri ayrılıqda öz öhdəsinə düşən işi görür, dövlətimizin, ordumuzun yanında olduğunu, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyir. Lakin biz düşünürük ki, bunu təşkilatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib, dəstəyin necə ediləcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirməkdir arzumuz.

İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun üzvü, Behrud İnşaat şirkətinin təsisçisi İlham Alməmmədov qeyd edir ki, bu bir könüllü qrupdur, heç bir siyasi, iqtisadi maraq güdmür. Eyni arzularla yaşayan, vətən sevdalı iş adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox faydalı olarıq. Biz, dost 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam azad olana, yenidənqurma işləri bitənə qədər, cani-dildən dövlətimizlə bir yerdəyik. Fəaliyyətimiz indilik bu cür planlaşdırılıb:

- İş adamlarının Ordumuza edəcək maddi yardım və ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll etmək, düzgün istiqamətə yönləndirmək,

- Silahlı Qüvvələrə Yardım fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək,

- Yaralılar və şəhid ailələrinə lazımı dəstəyi koordinasiya etmək,

- Könüllü şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən də iş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyən maliyyə yardımı etmək,

- Gənc iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və istiqamətləndirmək adına maarifləndirmə işlərini aparmaq,

Sərhədyanı bölgələrdə, geri alınan torpaqların yenidənqruma işlərində yaxından iştirak etməkdir.

Xatırladaq ki, Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupu Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin əmri ilə, işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə yaradılıb.

# 1750 dəfə oxunub

Müəllifin son yazıları

# # #