Qadını sevib, kasıb olmaq dəhşətlidir - Dahi yazıçıdan sitatlar

Qadını sevib, kasıb olmaq dəhşətlidir - Dahi yazıçıdan sitatlar
11 fevral 2020
# 21:00

Kulis.az yazıçı Erix Maria Remarkdan sitatları təqdim edir.

Həyat haqqında

Yaşamaq istəyərkən ölmək, ölmək istəyənədək yaşamaqdan yaxşıdır.

Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir.

Həyat - yelkənli qayıqdır. Bu qayıqda yelkən çoxdur, ona görə də istənilən an tərsinə çevrilə bilər.

Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur.

Həyat möcüzədir, amma o möcüzə göstərmir.

Peşmanlıq dünyada ən faydasız şeydir. Heç nəyi geri qaytarmaq mümkün deyil. Heç nəyi bərpa etmək olmaz. Əks halda hamımız müqəddəs olardıq. Həyatın mahiyyəti bizim mükəmməl olmağımız demək deyil. Mükəmməl olanların yeri muzeydir.

Əsas harda yaşamağımız deyil, ömrümüzü nəyə xərcləməyimizdir.

Axmaq doğulmaq ayıb deyil, səfeh ölmək ayıbdır.

Xoşbəxtlik haqqında

Prinsipləri arada pozmaq lazımdır, yoxsa onlardan heç bir sevinc əldə etmək olmaz.

Ancaq bədbəxt insan bilir ki, xoşbəxtlik nədir.

Bir insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan daha böyük nə ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma. Buraxsan həmişə yanında saxlamaq istəyəcəksən. Heç nəyi saxlamaq olmaz...

Xoşbəxtlik haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar.

Qadın haqqında

Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.

Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

Mən onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

İnsan haqqında

İnsanı ancaq öldükdən sonra tam olaraq itiririk.

İnsanın özünə sevgisi nə qədər azdırsa, insan o qədər dəyərlidir.

İnsan əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az izləyirsə, bir o qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir, yenə də gülmək olar. Əlimizdən başqa nə gəlir ki?

Əsl idealist insan pul qazanmağa çalışır. Çünki pul – azadlıq, azadlıq isə həyat deməkdir.

İnsanın əsl xarakterini o sənin rəhbərin olanda görmək mümkündür.

Sevgi haqqında

İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.

İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır.

Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır.

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.

# 10994 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #