˝LIBRAFF˝ mağazalar şəbəkəsi və ˝TEAS Press Nəşriyyat evi˝ ˝Hədiyyə kitab˝ aksiyası keçirir. Aksiya çərçivəsində ˝Sağ qalmaq üçün səbəblər˝ kitabı bütün oxuculara pulsuz paylanılır.
Aksiyanı keçirməkdə məqsəd son günlər artan intihar hallarının qarşısını almağa kömək etmək və intiharın çıxış yolu olmadığını, yaşamaq üçün hər zaman səbəblər olduğunu diqqətə çatdırmaqdır.
Kitabın müəllifi Mett Heyq 24 yaşında olarkən onun həyatı alt-üst olub. Yaşamaq üçün heç bir xilas yolu tapa bilmirmiş. Bu kitab onun böhranın öhdəsindən necə gəlməsi, onu yıxan xəstəliyi necə yenib yaşamağı təzədən öyrənməsi ilə bağlı real həyat hekayəsidir.
Hədiyyə kitabı ˝LIBRAFF˝ın Bakıda yerləşən ˝Park Akademiya˝ (Elmlər m/s), ˝İstiqlaliyyət˝ (İçərişəhər) və ˝28 May – ASAN Kommunal˝ filiallarına yaxınlaşaraq əldə etmək mümkündür. Bölgələrdə yaşayan oxucularımız isə aşağıdakı qeydiyyat formunu doldurmaqla kitabı poçtla əldə edə bilərlər.
https://forms.gle/yzc5Cqd4QHLvRhEm8