Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq

Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
27 oktyabr 2020
# 10:20

Fransız yazıçısı Marsel Prustun indiyənə qədər yayımlanmayan hekayələr toplusu Rusiyada nəşr olunacaq.

Kulis.az Tass-a istinadən xəbər verir ki, Fransanın “Fallua” nəşriyyatından “Sirli müxbir və yayımlanmamış hekayələr” adlanan kitabın 2022- ci ildə Rusiyada nəşr olunacağını bildirilib. Məcmuədə yazıçının 9 bilinməyən hekayəsi yer alıb. Prust bu hekayələri 1896- cı ildə “Servinc və günlər” toplusunda nəşr etdirməyi planlaşdırsa da naməlum səbəblərdən bu istəyini həyata keçirə bilməyib.

Qeyd edək ki, sözügedən əlyazmalar nəşriyyatın qurucusu Bernard de Falloy (1926-2018) tərəfindən 20-ci əsrin ortalarında aşkar edilib.

# 2010 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #