Prokurorluq Nadir Qafarzadəyə xəbərdarlıq etdi

Prokurorluq Nadir Qafarzadəyə xəbərdarlıq etdi
12 oktyabr 2020
# 18:45

Tanınmış müğənni Nadir Qafarzadə prokurorluğa çağrıldı.

Kulis.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, müğənni Nadir Qafarzadə tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

# 2761 dəfə oxunub

Müəllifin son yazıları

# # #