Professorun yeni kitabı işıq üzü gördü

Professorun yeni kitabı işıq üzü gördü
6 sentyabr 2021
# 18:06

Vətən müharibəsinin başlamasının ildönümü ərəfəsində fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı Rahid Uluselin oxuculara təqdim olunan yeni kitabı “Qalib Azərbaycanın qalib ədəbiyyatı” paradiqmasının konseptual əsaslandırılmasından ibarətdir.

Müəllif bu kitabda ilk dəfə olaraq Vətən müharibəsinin ədəbiyyatda milli özünüdərketmə prosesini necə təsirləndirdiyini və onda hansı keyfiyyət dəyişikliyi yaratdığını, Azərbaycanda dövlət və mədəniyyət quruculuğunun qarşılıqlı stimullaşma təkamülünü araşdırır, öz siyasi tarixindən ayrılmaz olan bir ədəbiyyatın estetik mahiyyətini açır, müstəqil dövlətimizin təşəkkülünə gətirib çıxaran siyasi, mədəni, əxlaqi və ədəbi dünyagörüşünün formalaşmasını izləyir, Birinci və İkinci Qarabağ müharibəsi dövründə yaradılan ədəbiyyatın örnəklərini tədqiq edir.

Kitabın elmi redaktoru və “Ön söz” müəllifi Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovdur.

# 1624 dəfə oxunub

Müəllifin son yazıları

# # #