Polşada Bakıdan bəhs edən kitabla bağlı müsabiqə 

Polşada Bakıdan bəhs edən kitabla bağlı müsabiqə 
20 iyul 2020
# 09:21

Polşanın “Qes Agentliyi” nəşriyyatı və Kalisz şəhərindəki Dövlət Şəhər Kitabxanası Mixail Marsinin "Bakı, Moskva, Varşava" adlı kitabına resenziya üçün müsabiqə elan edib.

Kitab Bakıda doğulub yaşamış Moskvada ali təhsil almış, işləmək üçün Varşavaya köçmüş və həyatını bu şəhərlə bağlamış azərbaycanlı rəssam barədədir.

Kitabdakı hadisələrin və baş qəhrəmanın həyatı fonunda Azərbaycanın mədəniyyəti, kulinariyası, adi bakılıların gündəlik həyat tərzi barədə maraqlı məlumatlar verilir. Hadisələr ötən əsrin 70-ci illərindən başlayaraq bu günümüzədək davam edir. /azertag.az/

# 1286 dəfə oxunub

Müəllifin son yazıları

# # #