Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar

Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
23 noyabr 2020
# 14:41

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına şəhid olan general Polad Həşimovun xatirəsinə həsr olunan “Qarabağ müharibəsinin ilk qalib generalı” adlı ktab bu gün Polad Həşimovun anasına təqdim olunub.

Bu barədə Kulis.az-a “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, Faiq Balabəyli məlumat verib. O, qeyd edib ki, bu gün bir qrup qələm adamı, DSD İB-nin üzvləri şair-bəstəçi Hüseyn Sözlü, AYB üzvü, şair Səidə Asiman, tanınmış tele-jurnalist, AZTV-nin əməkdaşı, şəhid generalın qonşusu Seymur Şahzadə və sumqayıtlı şair Lilpar Cəmşidqızı qəhrəmanımızın anası, bacısı Kəmalı xanım, qardaşı İlham bəylə görüşüblər.

Görüşdə şəhid general haqqında çap olunan kitab, Polad Həşimovun anasına təqdim olunub. Şair Faiq Balabəyli Azərbaycan yazarları arasında DSD İB yi tərəfindən keçirilən müsabiqənin yekunlaşması, qaliblərin mükafatlandırılması və müsabiqəyə təqdim olunan, eləcə də dövrü mətbuatda generalımıza həsr olunaraq dərc olunan əsərlərin toplumunun kitab halında tərtib edilərək nəşr edilməsi haqda doğmalarını məlumatlandırıb.

Şəhid generalın anası Səmayə xanım, Azərbaycan xalqının öz qəhrəman balasını unutmaması, ayr-ayrı insanların, xüsusi ilə də gənclərin, tələbələrin, müəllimlərin, ictimaiyyət nümayəndələrinin hər gün gəlib ananı ziyarət etməsindən bəhs edib. Poladın uşaqlığı və general rütbəsi alana qədər keçdiyi hərbi həyatı haqqında şirin xatirələrini bölüşüb.

Qeyd edək ki, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsi əsaında “Elm və Təhsil” nəşriyyatında dərc olunan kitabda generalın xatirəsinə həsr olunan müsabiqədə qalib gəlmiş yazılar, eyni zamanda dövrü mətbuatda yayımlanan şeir, hekayə, esse, məqalə və müsahibələr toplanıb.

# 2300 dəfə oxunub

Müəllifin son yazıları

# # #