Poeziyamız Çili ədəbiyyat jurnalında

Poeziyamız Çili ədəbiyyat jurnalında
8 aprel 2021
# 18:17

Çilinin populyar “Aerea” Revista Hispanoamericana de Poesía” (“Aerea” İspan Amerikan illik poeziya dərgisi) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairlərin şeirlərinə və yaradıcılıqları haqqında məlumata geniş yer ayırıb.

Kulis.az xəbər verir ki, jurnala Səməd Vurğunun “Şair nə tez qocaldın sən?”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Məmməd Arazın “Əlvida dağlar” adlı şeirlər daxil edilib.

2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ və digər ölkələrin universitetlərində də tədris olunur.



Azərbaycan şairlərinin şeirlərinin həm Azərbaycan, həm də ispan dilində işıq üzü gördüyü dərgi mütəmadi olaraq Monika Velaskes Qusman, Karlos Aquasakon, Leonel Alvarado, Luis Benites və Viktor Koral kimi dünyaca məşhur şairlərin əsərlərinə yer ayırır.

Dərginin baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.

# 1765 dəfə oxunub

Müəllifin son yazıları

# # #