Pikassonun 50 il dolabda saxlanılan rəsmi satıldı

Pikassonun 50 il dolabda saxlanılan rəsmi satıldı
2 iyul 2021
# 15:00

Dahi Pablo Pikassonun 1919-cu ilə aid rəsmi tapılıb.

Kulis.az xarici mətbuata istinadən xəbərə verir ki, rəsm ABŞ-ın Mayn əyalətində 50 il bir dolabda saxlanılıb.

Mütəxəssislər 40x40 sm ölçüdə olan rəsmin üslubuna görə Pikassoya aid olduğunu bildiriblər.

Rəsmin satış qiyməti 150 min dollardır. Bundan əlavə, qiymətin 24 faizi həcmində müştəri ödənişi də nəzərdə tutulur.

Rəsmin adı açıqlanmayan satıcısı məsələ ilə bağlı bunları deyib: "Bu tablo, nənəmin bacısının evindən tapıldı. 50 il dolabda saxlanan tablo əvvəlcə atama, sonra mənə miras qaldı".

Alıcı 120 gün ərzində rəsmin Pikassoya aid olduğunu yoxlamaq üçün rəssamın oğlunun rəhbərlik etdiyi müvafiq idarəyə müraciət edəcək.

# 1841 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #