Pandemiya vaxtı oruc tutmaq zərərlidirmi? – İnfeksionistdən açıqlama

Pandemiya vaxtı oruc tutmaq zərərlidirmi? – İnfeksionistdən açıqlama
4 may 2020
# 12:30

“Hər kəs normal halda orucunu tuta bilər”.

Bu sözləri Kulis.az-a açıqlamasında həkim-infeksionist hepatoloq, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sədrəddin Atakişizadə deyib.

“İmmunitet düşmür. Aclığın özü müəyyən mənada immuniteti qaldırır. Belə bir problem yoxdur. Əgər insan orqanizmində başqa bir xəstəlik yoxdursa və yaxud da həkim müdaxiləsinə ehtiyac duyulan xəstəlik yoxdursa, hər kəs normal halda orucunu tuta bilər”.

S.Atakişizadə daha sonra əlavə edib:

“Burada oruclu insan koronavirus infeksiyasına yoluxacaq deyə bir şey yoxdur. Bəzən immuniteti möhkəmlətmək üçün aclıqdan istifadə edirlər ki, bədənin ehtiyat qüvvələrini qaldırsın. Bu da insanları müxtəlif xəstəliklərdən qoruyur. Sağlam adam üçün oruc tutmaq təhlükəli deyildir”.

# 2558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #