Oskar mükafatının təqdimetmə mərasimi virtual keçirilməyəcək

Oskar mükafatının təqdimetmə mərasimi virtual keçirilməyəcək
5 dekabr 2020
# 11:15

Oskar sənət və kino akademiyası korona virusu səbəbiylə 2021-ci il fevralın 28-də keçiriləcək olan mərasimin təxirə salındığını açıqlayıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, pandemiya şərtlərinə rəğmən 2021-ci il aprelin 28-nə təyin olunan mərasim virtual şəraitdə yox, həmişəki kimi insanların fiziki iştirakı ilə baş tutacaq. Akademiya rəsmiləri bu səbəblə mərasimin keçiriləcəyi Los Ancelesdəki 3400 nəfərlik Dolbi Teatrını ziyarət edərək mərasimlə bağlı fərqli alternativləri qiymətləndiriblər.

Mərasimdə nə qədər insanın iştirak edəcəyi hələ bəlli deyil.

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

# # #