Notr-Dam kilsəsinin muzeyi işə başladı

Notr-Dam kilsəsinin muzeyi işə başladı
21 sentyabr 2020
# 18:34

Paris Notr-Dam kilsəsindəki muzey yanğından sonra yenidən işə başlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, muzey kilsədəki yanğından 18 ay sonra fəaliyyətə başlayıb.

Muzeydəki ilk sərgi yazıçı Viktor Hüqoya və 19-cu əsrdə kilsənin bərpasında mühüm rol oynamış memar Ejen Violle le Dyuka həsr edilib .

Xatırladaq ki, 2019-cu ilin aprel ayında Notr-Dam kilsəsində çıxan yanğın nəticəsində kilsə ciddi zərər görmüş və təmir səbəbi ilə bağlanmışdı.

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

# # #