Nobelli yazıçı virusa görə Çini günahlandırdı

Nobelli yazıçı virusa görə Çini günahlandırdı
17 mart 2020
# 10:50

Peru yazıçısı, Nobel mükafatı laureatı Mario Varqas Llosa Çini koronavirus pandemiyası ilə əlaqədar tənqid edib.

APA-nın "Bangkok Post"a istinadən verdiyi məlumata görə, yazıçı bu barədə məqalə yazıb.

O bildirib ki, əgər Çində demokratiya mövcud olsaydı, koronavirus təhlükəsi bu həddə çatmazdı: "Deyəsən, heç kim görmür ki, Çin diktatura deyil, azad və demokratik ölkə olsaydı, dünyanın başına bu hadisə gəlməzdi"..

Llosanın bu sözləri Çini qəzəbləndirib. Ölkənin Peruda olan səfiri bildirib ki, Çin azad sözün tərəfindədir: "Lakin bu, o demək deyil ki, diffamasiya və stiqmatizasiyaya icazə verə bilərik".

Səfirlik yazıçının "Koronavirus Çində törəyib" fikrini isə belə cavablandırıb: "Ümumdünya Səhiyyə Təşkilatı hələ də "COVİD-19" virusunun yaranma mənbəyini müəyyənləşdirə bilməyib".

# 1396 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #