Nobelli yazıçı daha bir mükafata layiq görüldü

Nobelli yazıçı daha bir mükafata layiq görüldü
15 iyun 2021
# 18:39

Belarus yazıçısı Svetlana Aleksiyeviç Almaniya Federativ Respublikasına xidmətlərinə görə ən yüksək dövlət mükafatı ilə təltif olunub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya Federativ Respublikasının prezidenti Frank Walter Ştaynmayer Belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçə ən yüksək dövlət mükafatı “Almaniya Federativ Respublikasının Fəxri Fərmanı” ilə təltif edərək ürək sözlərini ifadə edib:

“Yaradıcılığınız sizin dövrünüzü bizə təqdim edən ən gözəl hədiyyədir”.

Aleksiyeviç ona təqdim olunan mükafatı Berlində təşkil olunan mərasimdə qəbul edərək Ştaynmayerə təşəkkürünü bildirib. O, hal-hazırda “Belarus inqilabı, Belarus xalqı” adlı kitab üzərində işlədiyini də qeyd edib.

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #