Nobel qazanan şairdən ilk açıqlama: "Dostlarım olmayacaq"

Nobel qazanan şairdən ilk açıqlama: "Dostlarım olmayacaq"
9 oktyabr 2020
# 10:55

2020-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Amerikalı şair Luiza Qlük bu yüksək mükafatın dostları ilə onun arasında mübahisələrə səbəb olmayacağına ümid etdiyini bildirib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, şairə ötən gün bu barədə mətbuata açıqlamasında deyib:

“Hal-hazırda ilk düşüncəm bundan ibarətdir ki, mənim artıq dostlarım olmayacaq. Ona görə ki, dostlarımın hamısı yazıçılardı. Ancaq bir qədər düşünəndən sonra belə qənaətə gəldim ki, bu baş verməyəcək.”

Daha sonra şairə Nobel mükafatı barədə fikirlərini bildirib: “Nobel mükafatına layiq görülən yazıçıların bəzilərinin əsərlərini bəyənmişəm, bəzilərini isə yox. Bu mükafat isə mənim üçün çox yenidir, hər şeyin nə demək olduğunu hələ başa düşməmişəm. Ancaq mükafatın mənə təqdim edilməsini özüm üçün böyük şərəf hesab edirəm.”

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #